Belaruslu idmançı siyasi təzyiqlərə görə ölkəni tərk etdi

Belaruslu idmançı siyasi təzyiqlərə görə ölkəni tərk etdi
  09 Fevral 2022    Oxunub:2008
Belaruslu xizəksürən Darya Dolidoviç ailəsi ilə birgə ölkəni tərk edib. AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, buna səbəb idmançının ailəsinə qarşı siyasi təzyiqin olmasıdır.
Belaruslu xizəkçi ailəsinin siyasi baxışlarına görə yarışlara qadağa qoyulması səbəbindən hakimiyyətin repressiyalarından qorxaraq ölkədən qaçıb. 17 yaşlı idmançı atası və özü bu məlumatı təsdiqləyib.
Darya Dolidoviç və atası hazırda Polşadadır. O, məşqlərini davam etdirməyə ümid edir.

Daryanın 7 dəfə Olimpiya iştirakçısı olmuş və şəxsi məşqçisi sayılan atası Sergey Dolidoviç çərşənbə axşamı qızı ilə “Reuters”ə verdiyi videomüsahibədə bir sıra maraqlı fikirlər də səsləndiriblər.

Qeyd edək ki, bu idmançıların xarici ölkədən siyasi sığınacaq istəməsi ilə bağlı ilk hal deyil.

Aytən Əzimova
AzVision.az



Teqlər:





Xəbər lenti