Böyük Dəbilqə: İki cüdoçumuz finala yüksəlib

      Böyük Dəbilqə:    İki cüdoçumuz finala yüksəlib
  06 Fevral 2022    Oxunub:1179
Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) finala yüksəlib. Təmsilçimiz yarımfinalda gürcüstanlı Beka Gvinaşvilini məğlub edib.

Qeyd edək ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.



AzVision.az


Teqlər:





Xəbər lenti