Mərkəzi Bank: "Manatın məzənnəsi bu il stabil olacaq"

      Mərkəzi Bank:    "Manatın məzənnəsi bu il stabil olacaq"
  28 Yanvar 2022    Oxunub:1575
"Bu il manatın məzənnəsi stabil olacaq".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, milli vayutanın dayanıqlılığı qorunub saxlanılacaq:

"Bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub".

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur: "Düşününrəm ki, əhalimizin milli valyutaya inamı artıb".

Aytən Zəhra
AzVision.az



Teqlər: Manat  





Xəbər lenti