Bakıda iki maşın toqquşub, ölən var

Bakıda iki maşın toqquşub,  ölən var
  06 Mart 2021    Oxunub:2268
Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri G.İsmayılovun idarə etdiyi “Toyota” və İ.Şükürovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində G.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və avtomobillərdəki sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti