Şabran sakini həmyerlisini ölümlə hədələdi

Şabran sakini həmyerlisini ölümlə hədələdi
  03 Mart 2021    Oxunub:1632
Şabran rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə polisə müraciəti edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb, ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Şabran   DİN  





Xəbər lenti