Beyləqanda 3 mağazadan oğurluq edənlər ələ keçdi

Beyləqanda 3 mağazadan oğurluq edənlər ələ keçdi
  03 Mart 2021    Oxunub:1011
Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti