Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

   Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi
  03 Mart 2021    Oxunub:2461
Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov İnstagram hesabında məlumat paylaşıb.

O, bildirib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, V.Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.

Azvision.az


Teqlər: FəxrəddinManafov  





Xəbər lenti