Bakıda yanğın: 25 nəfər təxliyə olundu

   Bakıda yanğın:    25 nəfər təxliyə olundu
  02 Mart 2021    Oxunub:1924
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti