Göyçayda ev yanıb, 87 yaşlı qadın ölüb

  25 Fevral 2021    Oxunub : 1091
Göyçayda ev yanıb, 87 yaşlı qadın ölüb
Göyçay rayonunun Kürdşaban kəndində ümumi sahəsi 110 m² birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1934-cü il təvəllüdlü Mahmudova Badam Ağası qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az

Teqlər: Göyçay   Yanğın