Polis 3 nəfərdən silah götürüb

  25 Fevral 2021    Oxunub : 1428
Polis 3 nəfərdən silah götürüb
Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarla qanunsuz odlu silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xaçmaz rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki evlərin birindən 1 ədəd televizor və sənədləri ilə birgə “Dragon” markalı tüfəngi oğurlamaqda şübhəli bilinən Armud-Padar kənd sakinləri Ş.Almasov və M.Sultanov saxlanılıblar.

Bundan başqa, Kürdəmirin Dayıkazımlı kənd sakinləri N.Məhərrəmovdan “Tula”, S.Feyzullayevdən “Fortune”, Neftçala rayonunun Boyat kənd sakini S.İsmayıllıdan isə müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

Azvision.az

Teqlər: DİN   Silah