Rayonlara hələ də qar yağır - Faktiki hava

  24 Fevral 2021    Oxunub : 2000
 Rayonlara hələ də qar yağır -  Faktiki hava
Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, fevralın 24-ü saat 20:00-a olan məlumata əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir, Şəmkir, Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

Şimal-qərb küləyi Bakıda 8-10 m/s, Abşeronda 16-20 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrdir.

Azvision.az

Teqlər: