Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
  24 Fevral 2021    Oxunub:1774
İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cü ildönümünə həsr edilmiş "Xocalıdan danışaq!" mövzusunda ədəbi-bədii videogörüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan virtual tədbirə İsveçrənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız qoşulublar.

Xocalıdakı kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb
Tədbir iştirakçılarını salamlayan "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva bildirib ki, xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Xocali hadisələrinin şahidi olan Vüqar Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən danışıb, ömrünün sonuna qədər erməni faşizminin xalqımızın başına gətirdiyi müsibətləri unutmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini bildirib.

Tədbirin bədii hissəsində Xocaliya həsr edilmiş şeirlər, xanəndə Rəvanə Qurbanovanın və tarzən Rövşən Qurbanovun ifasında muğam parçaları səsləndirilib.

Azvision.az


Teqlər: Xocalı   Soyqırım  





Xəbər lenti