Bu il Bakıda 1082 nəfər fərqlənmə attestatı alıb

 Bu il Bakıda 1082 nəfər fərqlənmə attestatı alıb
  21 Dekabr 2020    Oxunub:2110
Bu il Bakı məktəblərini 1082 nəfər fərqlənmə attestatı ilə bitirib.

Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib.
Məlumatda qeyd edilib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.

Azvision.az


Teqlər: BŞTİ   Məktəb   Məzun  





Xəbər lenti