AMEA-da iki direktor işdən çıxarıldı

 AMEA-da iki direktor işdən çıxarıldı
  12 Dekabr 2020    Oxunub:1912
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki direktoru vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub. O, AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti