Nazir “Məktəblinin dostu”nun əməkdaşları ilə görüşdü

Nazir “Məktəblinin dostu”nun əməkdaşları ilə görüşdü
  11 Dekabr 2020    Oxunub:1748
Dekabrın 11-də Təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə videogörüş keçirib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, layihənin 4 yaşı münasibətilə təşkil edilən görüşdə nazir Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Nazirin müşaviri Rüstəm Ağayev layihənin 4 illik fəaliyyəti ərzində görülən işlərdən söz açıb.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqların iştirak etdiyi görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.

Daha sonra layihə barədə videoçarx nümayiş olunub.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

Azvision.az


Teqlər: Nazir   Təhsil  





Xəbər lenti