Bakıda kişini döyüb maşınını əlindən aldılar

Bakıda kişini döyüb maşınını əlindən aldılar
  22 Sentyabr 2020    Oxunub:3610
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti