Metroda problem yarandı, qatarlar gecikir

   Metroda problem yarandı, qatarlar gecikir
  22 Sentyabr 2020    Oxunub:3082
Bakı metrosunda qatarlar arasında gecikmə müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval yubanması 2-3 dəqiqədir: "Buna səbəb "Nərimanov-Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlıqdır. Hazırda metropoliten xətlərinin hərəkətində gecikmələr müşahidə olunur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar   Gecikmə  





Xəbər lenti