Aptekdən oğurluğa cəhd edənlər tutulub

Aptekdən oğurluğa cəhd edənlər tutulub
  13 Yanvar 2014    Oxunub:1561
Sumqayıtda aptekdən oğurluğa cəhd edənlər tutulub.
Sumqayıtda fəaliyyət göstərən “Riyad-Farm” MMC-yə məxsus aptekdən oğurluğa cəhd göstərmiş şəxslər tutulublar.

Bu barədə AzVision.az-a Sumqayıt şəhər mühafizə polisi idarəsindən məlumat vermişlər. Məlumata görə, yanvarın 11-də saat 01.30 radələrində şəhərin 40-cı məhəlləsində yerləşən “Riyad-Farm” MMC-yə məxsus aptekin ərazisində şübhəli əşya qeydə alınarkən idarəetmə mərkəzinə həyəcan siqnalı ötürülüb. Dərhal həmin ünvana mühafizə polisi idarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğrular aptekin damından içəri daxil olublar.

Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Ramin Bayramov və Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynov elə yerindəcə saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti