Maliyyə mənbələrindən əsas kapitala 14 milyard manat

Maliyyə mənbələrindən əsas kapitala 14 milyard manat
  02 Yanvar 2014    Oxunub:1266
Bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard manatdan çox vəsait yönəldilib.
Ötən ilin 11 ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 592,3 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 66,4 faizi tikinti- quraşdırma işlərinə sərf olunub.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 14,8 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 26,7 faiz artıb.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 9 milyard 129,1 milyon manat, qeyri-dövlət müəssisələri isə 5 milyard 463,2 milyon manat vəsait yönəldiblər.


Teqlər:





Xəbər lenti