Magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilib

Magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilib
  02 Yanvar 2014    Oxunub:1250
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 39,8 milyon ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, nəql olunan neftin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin (BTC) payıns düşür. Belə ki, ötən ilin yanvar-noyabr aylarında bu kəmərlə 30,1 milyon ton neft ötürülüb.

Səngəçal terminalından BTC kəməri vasitəsi ilə 2,8 milyon ton tranzit Türkmənistan nefti də nəql olunub.


Teqlər:





Xəbər lenti