Bayram günlərində 4 mindən çox təcili yardım çağırışı olub

Bayram günlərində 4 mindən çox təcili yardım çağırışı olub
  02 Yanvar 2014    Oxunub:1140
Bayram günlərində Bakıda 4 mindən çox insan təcili tibbi yardım stansiyalarına müraciət edib. 22 nəfər dəm qazından zəhərlənib. 1 nəfər ölüb.
Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı xeyli artıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.

Məlumata görə, müraciətlərin sayı 40-50 faiz artıb. Hər gün üçün müraciətlərin sayı 1500-1600 olduğu halda, bayram günləri müraciətlərin sayı 2500-ə qədər artıb.

Dekabrın 31-də 2 min 497 çağırış, yanvarın 1-də isə 2 min 370 çağırış olub.

Çağırışların sayı əsasən böyüklərdə təzyiqlə bağlı çoxalıb, eyni zamanda uşaqlarla bağlı da çağırışların sayı artıb.

Bundan əlavə 22 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib ki, dekabrın 31-də 13 nəfər dəm qazından zəhərlənib. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 50 yaşında bir kişi isə ölüb.

Yanvarın 1-də isə 9 nəfər dəm qazından zəhərlənib, onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Ölüm hadisəsi qeydə alınmayıb.


Teqlər:





Xəbər lenti