İstehlaka yararsız məhsullar məhv edildi

  27 Dekabr 2013    Oxunub : 405
İstehlaka yararsız məhsullar məhv edildi
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, monitorinqlər zamanı Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Abşeron rayonlarında, eləcə də Sumqayıt, Ağstafa, Yevlax, Gəncə, Ağcabədi, Quba, Şabran, Ağsu, Masallıda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 700 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Teqlər: