Xarici ticarət dövriyyəsi artıb

  16 Dekabr 2019    Oxunub : 1098
Xarici ticarət dövriyyəsi artıb
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15981,4 milyon dollar, idxalın dəyəri 11455,3 milyon dollar təşkil edib, nəticədə 4526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artıb, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalıb. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.


Azvision.az

Teqlər: İmport   Export