Paytaxtın ictimai iaşə dövriyyəsi 7,2 faiz artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi 7,2 faiz artıb
  07 Dekabr 2019    Oxunub:2580
Bu ilin yanvar-oktyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 milyon manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, dövriyyənin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 395 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti