Ən punktual aviaşirkətlərin reytinqi açıqlanıb
“Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “İran Air”, “flyNAS”, “Uzbekistan Airways”, “Belavia” və “Qatar Airways” planlaşdırılmış uçuşların ən azı 90 faizini yerinə yetirib. “Nordwind” (88,9 faiz) və “Turkish Airlines” (85,5 faiz) aviaşirkətləri, həmçinin yüksək nəticə göstəriblər.
Ümumilikdə, 2019-cu ilin noyabrında Bakının hava limanından uçuşların 81 faizi planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.
Qeyd edək ki, ötən ay Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Azvision.az
Teqlər: HeydərƏliyevBeynəlxalqAeroportu