Vergilər Nazirliyindən büdcəyə 6 milyarddan çox vəsait daxil olub

Vergilər Nazirliyindən büdcəyə 6 milyarddan çox vəsait daxil olub
  13 Dekabr 2013    Oxunub:1247
Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 245 milyon manatdan çox vəsait daxil olub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, 2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 245 milyon 438,8 min manat təşkil edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 37,9 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 409 milyon 293,5 min manat vəsait daxil olub.

Yanvar-noyabr aylarında respublika üzrə 66 min 162 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 221 (45,7 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 dekabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 min 93 təşkil edir ki, bu da 1 dekabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,8 faiz çoxdur.

2013-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.


Teqlər:





Xəbər lenti