Şahmatçılarımızdan 1 qələbə, 3 heç-heçə

Şahmatçılarımızdan 1 qələbə, 3 heç-heçə
  18 Oktyabr 2019    Oxunub:2195
Böyük Britaniyada keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin 7-ci turunu şahmatçılarımızdan biri qələbə, üçü heç-heçə ilə başa vurub.
Azvision.az xəbər verir ki, şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevianla (ABŞ) qarşılaşmaları heç-heçə başa vurublar. Digər təmsilçimiz Vasif Durarbəyli Marie Sebaq (Fransa) üzərində qələbə qazanıb.

Qeyd edək ki, yeddi turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4, E.Səfərli 3,5, V.Durarbəyli isə 3 xal qazanıb. Yarış oktyabrın 21-dək davam edəcək.

Azvision.az



Teqlər: Şahmat   Turnir   Yarış  





Xəbər lenti