“Qarabağ”dan ardıcıl altıncı qələbə

“Qarabağ”dan ardıcıl altıncı qələbə
  28 Sentyabr 2019    Oxunub:1680
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış oyununda lider "Qarabağ" "Sumqayıt" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Qurban Qurbanovun komandasının 2:0 hesablı qələbəsilə başa çatıb. Bununla da, "Qarabağ" ölkə çempionatında ardıcıl altıncı qələbəsini qazanıb.

Qeyd edək ki, Ağdam təmsilçisinin heyətində Dani Kintana və Mahir Emreli fərqləniblər.

Azvision.az



Teqlər: Qarabağ   Sumqayıt  





Xəbər lenti