Baş nazirin sabiq müavini FIDE-nin prezidenti seçildi

Baş nazirin sabiq müavini FIDE-nin prezidenti seçildi
  03 Oktyabr 2018    Oxunub:5209
Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.
FIDE-nin prezidenti vəzifəsinə seçkilər Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutub.

Seçkilərdən əvvəl Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi. O, həmçinin FIDE-nin fəaliyyətində aşkarlığa üstünlük verəcəyini, müxtəlif ölkələrdən sponsorları cəlb edəcəyini vurğulamışdı.

Qeyd edək ki, FIDE-nin sonuncu prezidenti Kirsan İlyümjinov seçkilərdə namizədliyini irəli sürməmişdi.

AzVision.az


Teqlər: FIDE  





Xəbər lenti