AGF: Fazil Məmmədov vəzifəsindən bir neçə ay əvvəl ayrılıb

AGF: Fazil Məmmədov vəzifəsindən bir neçə ay əvvəl ayrılıb
  02 Oktyabr 2018    Oxunub:4818
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsində dəyişiklik olub.
Federasiyanın mətbuat katibi Sərxan Musalı AzVision.az-a bildirib ki, sabiq vergilər naziri Fazil Məmmədov AGF-nin prezidenti postundan bir neçə ay əvvəl ayrılıb. Hazırda onun yerinə təyinat yoxdur.

"Prezident əvəzi hələlik Namiq Əliyevdir. Yeni prezidentin seçilməsi üçün ya növbədənkənar konfrans, ya da hesabat konfransı keçirilməlidir. Bu konfrans keçirilmədiyi üçün Namiq Əliyev prezident vəzifələrini müvəqqəti icra edir”.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: AGF   Fazil-Məmmədov  





Xəbər lenti