Avtobusla yük avtomobili toqquşub: 5 yaralı

Avtobusla yük avtomobili toqquşub: 5 yaralı
  05 Oktyabr 2013    Oxunub:1299
AzVsison.az xəbər verir ki, Göygöldə avtobusla yük avtomobili toqquşub: 5 yaralı.
Bu gün Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Daşkəsən sakini 57 yaşlı Akif Rüstəmovun idarə etidiyi "QazEL" markalı mikroavtobus iritonnajlı yük avtomobili ilə toqquşub. Nəticədə "QazEL"in sürücüsü Akif Rüstəmov və onun sərnişinləri 13 yaşlı Fariz Həsənov, 60 yaşlı Yazgül İsmayılova, 33 yaşlı Könül Həsənova və 50 yaşlı Güləndam Rüstəmova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlər yaralılardan ikisinin vəziyyətinin ağır, digər 3-nün isə nisbətən orta ağır kimi qiymətləndirib.

Həkim Telman Feyzullayev deyib: "Bizim şöbəyə 5 xəstə daxil oldu. Onlardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürüldü. Digər 3 xəstənin müayinə və müalicəsi travmatologiya şöbəsində davam etdirilir. İlk iki xəstənin səhhətində ciddi problem olsa da, sonuncu 3 xəstədə yüngül xəsarətlərdir".

Günorta saatlarında Gəncə şəhərində qeydə alınan yol-nəqliyyat hadisəsində isə Samux sakini Sübhan Həsənovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə Gəncə sakini Elmidar Məmmədovun idarə etidiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Zərbənin təsiri o qədər güclü olub ki, yolun hərəkət hissəsindən çıxan "VAZ 21011" kənardakı ağaca çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə qismən ziyan dəyib.


Teqlər:





Xəbər lenti