Cüdoçumuz "Böyük dəbilqə"də medal qazanıb

Cüdoçumuz "Böyük dəbilqə"də medal qazanıb
  12 Fevral 2018    Oxunub:2169
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" yarışı keçirilib.
Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli komandası mötəbər çempionatda bir bürünc medal qazanıb.

78 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində üçüncü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə məğlub olaraq ölkəmizə bürünc medal qazandırıb.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti