Azərbaycan dilini bilməyən azərbaycanlı aktrisa - FOTOLAR

Azərbaycan dilini bilməyən azərbaycanlı aktrisa - FOTOLAR
  21 Sentyabr 2013    Oxunub:7853
“SSRİ dağıldı və həyatım tamamilə dəyişdi”.
“Al yazmalım”, “Gözəl günlər görəcəyik” “Dilbərin səkkiz günü” filmlərindən, eləcə də türk seiallarından yaxşı tanıdığımız və əslən azərbaycanlı olan Nəsrin Cavadzadə türk mətbuatına müsahibə verib. Ailəsi, uşaqlığı, özü haqqında maraqlı açıqlamalar verən aktisa Türkiyəyə gedən vaxtlarda böyük çətinliklər yaşadığını qeyd edib.

- Uşaqlığım Bakıda keçib, xoşbəxt uşaqlığım olub. Ailənin tək uşağıyam, anam və nənəm uşaq həkimi, atam isə iqtisadçıdır.

- Sovet rejiminin təsiriylə incəsənətə çox yaxın oldum. Hər evdə pianino var idi, bütün qızlar baletə gedirdi. O dövrlərdə hər bir uşaq mütləq idman etməli, incəsənətlə maraqlanmalı idi.

- SSRİ dağıldı və həyatım tamamilə dəyişdi. Anam mənim Türkiyədə daha yaxşı bir gələcəyim olacağını düşündü. Həmin illərdə Bakı çox ağrılı günlər yaşayırdı, onların izi hələ də qalır.

- Anamla birgə 11 yaşımda Türkiyəyə gəldim, atamla anam boşandılar. Atam Bakıda qaldı, 4 il əvvəl də vəfat etdi.

- 11 yaşımda tanımadığın bir ölkəyə gəlmək və hər şeyə sıfırdan başlamaq çətin idi. Xüsusilə də bayramlar da özümü çox tənha hiss edirdim. Amma bəlkə də belə olmasaydı, çətinliklərlə mübarizə apara bilməyəcəkdim. Mübarizə insanı gücləndirir. Nəticədə səni öldürməyən şey səni daha da gücləndirir.

- Türkiyədə gələndə dil problemim var idi. Məktəbdə uşaqlar məni lağa qoyurdu, Azərbaycan dilini bilmirdim, elə indi də bilmirəm. Ailəmizdə ancaq rus dilində danışılırdı. Orada etnik mənşəyin önəmi yoxdur. Türkiyədə isə ilk tanış olan vaxt verilən sual bu olur “Haralısan?”. İkinci sual isə “Hansı kluba azarkeşlik edirsən?”

- Məni insanlar daha çox seriallardan tanıyırlar. Amma bu il səkkizinci filmimdə rol aldım. “Gözəl günlər görəcəyik” adlı film ilə Antalyada “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatı aldım.

- Pişikləri çox sevirəm, 4 pişiyim var.

- 31 yaşım var. Beynim 20 yaşımdakı kimi dumanlı deyil. Yaşımdan məmnunam. Əvvəllər kimsə desəydi ki, alnında sızanaq çıxıb, elə həmin gün axşama qədər kefim olmayacaqdı. İndi isə o Nəsrindən əsər-əlamət yoxdur.

- Televiziyada özümü ilk dəfə seyr edəndə çox çirkin olduğumu düşündüm. Özümdən küsdüm, 3 il seriallara çəkilmədim. Amma indi baxıram, çirkin olmadığımı görürəm.

- Səyahət etməyi çox sevirəm. Bu il Nyu York, Montreal, Varşava, Bakı, Ərzincana getdim. Amma hara getsəm də, sevgilim İstanbuldur.

- Aktira olaraq, yaşlanmaqdan qorxmuram. Düzdür, ulduzların belə bir qorxusu var, onları başa düşürəm. Çünki onlara böyük təzyiqlər var. Amma mən ulduz deyiləm, mənim zənnimcə, aktyorluq uzun müddətli bir marafondur. İnsanlar 80 yaşında elə işlər görür ki, baxanda həyəcan keçirirsən.

- Münasibətdə olduğum insanlara çox bağlıyam, onlardan ayrılmaq istəmirəm. Sevgilimlə 7 ildir ki, bir yerdəyik, birlikdə yaşayırıq.

- Mənim üçün baxımlı olmaq o deməkdir ki, kökəlməyəsən və idman edəsən. İdman həyatımın bir hissəsidir. Uzun müddətdir ki, baletlə də məşğulam.

Sevinc

Qalereya




Teqlər:  





Xəbər lenti