Marsda şəhər salınacaq - FOTOLAR

Marsda şəhər salınacaq - FOTOLAR
  17 Fevral 2017    Oxunub:4558
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsda yaşamağa yararlı olan şəhər salmağı planlaşdırır. Belə ki, bununla bağlı “Mars 2117” layihəsi artıq təqdim edilib. Layihəyə əsasən şəhər robotlar tərəfindən inşa ediləcək.

AzVision.az Azərtac-a istinadla xəbər verir ki, beynəlxalq təşkilatların və şirkətlərin tərəfdaşlığı ilə 100 il müddətində həyata keçiriləcək bu layihəni BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial mediada elan edib. Onun sözlərinə görə, layihə biliklərin və elmi qabiliyyətlərin əldə olunmasına, universitetlərin araşdırma mərkəzlərinə çevrilməsinə və növbəti nəsillərdə liderlik stimulunun yaranmasına yönəlib. O deyib: “Digər planetlərdə yaşamaq insanların arzusudur. Məqsədimiz bu cür beynəlxalq layihələrə BƏƏ-nin rəhbərlik etməsidir”.









AzVision.az


Teqlər:





Xəbər lenti