ABŞ-dan dollarla bağlı vacib Açıqlama
![ABŞ-dan dollarla bağlı vacib Açıqlama ABŞ-dan dollarla bağlı vacib Açıqlama](https://azvision.az/photos/absdollar.jpg)
“Yəqin ki, mövcud durumda planlaşdırılandan daha az stimullaşdırıcı tədbirlərin görüləcək. Lakin bu addımın bu il atılacağı da istisna deyil. Bizim faiz artımı ilə bağlı sərt qrafikimiz yoxdur”, - deyə o bildirib.
O əlavə edib ki, ABŞ bankları sürətlə bərpa olunur: “2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bankların kapitalı ikiqat artıb və hazırda bu göstərici 800 milyard dollara çatıb”.
Bununla yanaşı, FED rəhbəri deyib ki, Uoll-stritin likvid aktivləri 5 il ərzində 1 trilyon dollardan çox artıb.
C.Yellen onu da bildirib ki, ABŞ bankları üçün nəzərdə tutulan stress-testləri yumşaltmaq niyyətindədir. Burada iri, sistem əhəmiyyətli banklar istisna təşkil edəcək.
Qeyd edək ki, C.Yellenin çıxışından sonra dollar bahalaşmaqdadır. (Apa)
AzVision.az
Teqlər: