Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
![Mərkəzi Bank uçot dərəcəsini qaldırdı Mərkəzi Bank uçot dərəcəsini qaldırdı](https://azvision.az/photos/Milli Bank.jpg)
Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırılıb.
AzVision.az