`Nikoyl Bank`ın filialları ləğv edildi
![`Nikoyl Bank`ın filialları ləğv edildi `Nikoyl Bank`ın filialları ləğv edildi](https://azvision.az/photos/nikoil-bank-_160215.jpg)
Həmçinin, MBNP tərəfindən təsdiq edilmiş "Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri"nin tələbləri gözlənilməyib, borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub. Palata xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin 5 aprel 2016-cı il tarixindən bir ay müddətinə qadağan etməsinə baxmayaraq xarici valyutada istehlak kreditlərinin verilməsi faktları aşkarlanıb. Sadalanan səbəblər qeyri-sağlam və dayanıqlı bank təcrübəsinə zidd olmaqla idarəetmə sistemindəki fundamental problemlərdən qaynaqlanıb.
Bütün bunları nəzərə alaraq və "Banklar haqqında" qanunun 16.2.7-ci və 48.1.7-ci maddələrini, habelə MBNP-nin nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Nikoyl Bank" ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətlərinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş müvafiq olaraq 08.11.2013-cü il tarixli 203/2 saylı, 03.02.2005-ci il tarixli 203/3 saylı, 21.02.2013-cü il tarixli 203/15 saylı, və 17.06.2014-cü il tarixli 203/18 saylı icazələr ləğv edilib.
AzVision.az