`Facebook`da Azərbaycana qarşı təxribat

`Facebook`da Azərbaycana qarşı təxribat
  28 İyul 2016    Oxunub:4182
“Son saatlarda Facebookda təxribat xarakterli bir şəkil dövr edir. Apardığımız araşdırmalardan məlum oldu ki, sözügedən şəkilin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur”.
SOCAR-dan AzVision.az -a bildirilib ki, şəkili Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirib:

“Şəkildə, gördüyünüz kimi, Azərbaycan Respublikasının dövlət ərazisi yalnış göstərilmiş, həmçinin Azəri-Çiraq-Günəşli yataqlarının ehtiyatları barədə yalnış məlumat təqdim olunub. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir.

Biz şəkildəki məhsulun satıcısına etirazımızı bildirib, şəkildəki yalnış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, ‎SOCAR‬ tərəfindən müvafiq hüquqi addımlar atılacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti