![](https://azvision.az/photos/iqsidaq1 (2).jpg)
Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və davamlı inkişaf aspektləri nəzərdən keçirilib.
![](https://azvision.az/photos/iqsidaq1 (3).jpg)
Eyni zamanda aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-ə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilib.
![](https://azvision.az/photos/iqsidaq1 (4).jpg)
Müzakirələrdə Prezident Administrasiyasının. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər.
![](https://azvision.az/photos/iqsidaq1 (5).jpg)
Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim ediləcəkdir.
AzVision.az