`Ural Hava Yolları` Qəbələyə aviareys həyata keçirəcək
![`Ural Hava Yolları` Qəbələyə aviareys həyata keçirəcək `Ural Hava Yolları` Qəbələyə aviareys həyata keçirəcək](https://azvision.az/photos/b03531f90f39eca2d04f23fb9a9cb1dc.jpg)
Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.
"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə yerli vaxtla saat 15:15-də, Qəbələdən uçuş isə saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə yerli vaxtla saat 18:20-də həyata keçiriləcək.
Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.
AzVision.az