İvanişvilinin reytinqi düşüb

İvanişvilinin reytinqi düşüb
  15 İyul 2013    Oxunub:1277
Milli Demokratiya İnstitunun araşdırmasına görə, Gürcüstan əhalisinin 69%i baş nazir Bidzina İvanişviliyə müsbət yanaşır.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin noyabrında aparılan sorğunun nəticələri ilə müqayisədə İvanişvilinin reyitinqi 6% azalıb.

Bununla yanaşı , respondetlərin 61%i öz səsini Gürcüstan parlamentinin spikeri, hakim “Gürcü arzusu” koalisiyasının üzvü David Usupaşviliyə verib.

Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının üzvü, eks spiker David Bakradzeyə isə 48% müsbət yanaşıb.

14 gün davam edən və 2338 respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, İvanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyasını dəstəkləyənlərin sayı 60%dən 52%ə qədər enib.




Teqlər:





Xəbər lenti