Rusiya Qəzzaya 30 ton humanitar yardım göndərib

xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qəzza zolağının mülki əhalisi üçün humanitar yardımın 31-ci partiyasını çatdırıb. Rusiyalı xilasedicilər 30 tona yaxın humanitar yardımı Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriblər", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: