İranı harasından vurmaq lazımdır?

// Məşhur jurnaldan İsrailə məsləhət

   İranı    harasından vurmaq    lazımdır?
  13 Oktyabr 2024    Oxunub:2379
Məşhur “The Economist” nəşri İrana cavab zərbəsini necə endirməklə bağlı İsrailə məsləhətlər verib. Jurnalın vəziyyəti analiz edən ekspertləri belə qərara gəliblər ki, nüvə obyektlərini vurmaq ağıllı seçim olsa da, kifayət qədər mürəkkəbdir. Çünki bütün hədəflər yerin altında ciddi qorunan bunkerlərdə yerləşir.
İranın rəhbər şəxslərini raket zərbəsilə aradan götürmək də real deyil. Çünki hazırda Tehran hava hücumundan ciddi şəkildə qorunur.

Raket bazalarına hücum ilk baxışdan cazibəli görünür, amma onlar ölkənin müxtəlif bölgələrinə səpələniblər, bir-birindən uzaqdadırlar, üstəlik, Tehran bu halda itkilərini qısa müddətdə bərpa edəcək.

“The Economist”in ekspertləri belə qərara gəliblər ki, ən yaxşı hədəf İranın limanları və neft terminallarıdır. Bu obyektlər strateji olsalar da, zəif qorunurlar. Onların sıradan çıxarılması İrana gələn valyuta axınının qabağını kəsəcək və ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu isə sosial vəziyyəti gərginləşdirəcək və daxili etirazların qabarmasına səbəb olacaq. Sonradan sosial etirazlar siyasi xarakter ala və hakimiyyətə qarşı yönələ bilər.

İsrail “The Economist”in tövsiyəsinə əməl edəcəkmi? Tezliklə biləcəyik.

Samir Quliyev

AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti