Hindistanla Kanada arasında qalmaqal yaşanır

   Hindistanla Kanada arasında    qalmaqal    yaşanır
  15 Oktyabr 2024    Oxunub:997
Ottava altı hind diplomatını Kanada vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərə görə ölkədən çıxarmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, Kanadanın Xarici İşlər nazirliyi Hindistan diplomatlarının ölkədən çıxarıması barədə bəyanat yayıb.

“Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə bağlı altı Hindistan diplomatı və konsulluq rəsmisi Kanadadan çıxarılması barədə bildirişi alıb”, - Kanada XİN-in açıqladığı sənəddə deyilir.

Hindistanın Xarici İşlər nazirliyi isə, öz növbəsində, ölkənin Kanadadakı səfiri Sancay Kumar Vermanı və bir sıra digər diplomatları onların “təhlükəsizliyi”lə bağlı narahatlığa görə geri çağırıb. Nairlik, həmçinin Kanadanın Hindistanın Ottavadakı səfirinin bu ölkədəki Siqx icmasının liderlərindən biri Hardip Sinqx Nicarı öldürmək planında iştirakı ilə bağlı ittihamların əks olunduğu bəyanatları rədd edib.

Hindistan XİN-ə çağırılan Kanadanın Nyu-Dehlidəki səfirliyinin müvəqqəti işlər vəkilinə bildirilib ki, Hindistan səfirinin və Kanadadakı digər diplomatların və rəsmilərin əsassız təqibləri tamamilə qəbuledilməzdir.

“Ekstremizm və zorakılıq şəraitində Trüdo hökumətinin hərəkətləri diplomatların təhlükəsizliyini təhlükə altına qoyub. Ona görə də, Hindistan hökuməti səfiri və təqib olunan digər diplomat və məmurları geri çağırmaq qərarına gəlib. Ottavanın hərəkətinə cavab olaraq, Hindistan hökuməti də altı kanadalı diplomatı ölkədən çıxarır”, - Hindistanın Xarici İşlər nazirliyi öz mövqeyini Kanada hökumətinə çatdırıb.

Qeyd edək ki, Ottava 2023-cü ilin sentyabrında Hindistanın yüksək vəzifəli rütbəli diplomatlarından birini Kanadada yaşayan Nicarın qətlində əli olduğu iddialarına görə ölkədən çıxarmaq qərarına gəldikdən sonra Kanada-Hindistan münasibətlər pisləşib. Əhalisinin əksəriyyəti siqhizmin təmsilçiləri olan Hindistanın Pəncab əyalətinin əvəzinə müstəqil Siqx xalqının “Xalistan” adlı dövlətinin yaradılmasını təşviq edən Nicarı Nyu-Dehli “terrorçu” sayır.

Onda Ottavanın ittihamlarını rədd edən Nyu-Dehli bir kanadalı diplomatını ölkədən çıxarmaqla cavab verdi. Hindistanın Xarici İşlər nazirliyinin fikrincə, kanadalı siyasətçilər “Xalistan”ın yaradılmasını müdafiə edən siqx icmasından olan ekstremistlərə açıq şəkildə hüsn-rəğbət sərgiləyirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kanada   Hindistan   qalmaqal  





Xəbər lenti