İŞİD 300 nəfəri edam etdi

İŞİD 300 nəfəri edam etdi
  08 Fevral 2016    Oxunub:2792
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın şimalında yerləşən Mosul şəhərində 300 sakini edam edib.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun Nineviya vilayətindəki rəsmisi Mahmud Suraci bildirib.

Ölənlər arasında sabiq polis əməkdaşları və hərbçilər də var.

“Bundan əlavə, İŞİD-in reydlər zamanı saxladığı fəallar da edam olunub”, - deyə Suraci qeyd edib.

Edamların konkret olaraq hansı tarixdə edildiyi bildirilmir. Məlumata əsasən edamdan əvvəl terrorçular öz qurbanlarına işgəncə verib.

Edam olunan şəxslər Mosulun yaxınlığında dəfn edilib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib.

İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti