İran ilk dəfə Avropaya neft satdı

İran ilk dəfə Avropaya neft satdı
  08 Fevral 2016    Oxunub:2486
İsveçrənin xammal treyderi ` Glencore AG ` şirkəti İran neftini dəniz yolu ilə Avropaya çatdıracaq ilk qərb şirkəti olub.
Bu barədə AzVision.az `The Wall Street Journal`-a istinadən xəbər verir.

`Glencore AG ` şirkəti tərəfindən icarəyə götürülən tankerə Fars körfəzindəki terminaldan 80 min ton neft yüklənilib.

Qeyd edək ki, İran ilkin olaraq Avropaya hər ay 300 min barel neft satmağı planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti