İran mühüm seçki ərəfəsində - Sayılı günlər qalıb
Ötən seçkilərdən fərqli olaraq bu il parlamentə seçilmək istəyənlərin sayının çoxluğu nəzərdən qaçmayıb. İranda 10-cu dəfə parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, fevralın 26-da parlament seçkiləri ilə yanaşı, Ekspertlər Şurasına (Məclisi Xubreqan) da seçkilər keçiriləcək. Bu qurum İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Ekspertlər Şurasına İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarət olur və əsas funksiyası İran İslam Respublikasının Ali Liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir. (Azərtac)
Teqlər: