Türkiyə ABŞ-ı seçim qarşısında qoydu

Türkiyə ABŞ-ı seçim qarşısında qoydu
  08 Fevral 2016    Oxunub:2146
`Sizin ortağınız bizik, yoxsa PYD-dir, Kobanidəki terrorçulardır?. Mən hesab edirəm ki, ABŞ hakimiyyəti Demokratik Birlik Partiyası (PYD) ilə Türkiyə hakimyyəti arasında seçim etməlidir`
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bir neçə gün əvvəl Barak Obamanın xüsusi nümayəndəsinin kürdlərin nəzarəti altında olan Suriyanın şimalındakı ərazilərə baş çəkməsinə münasibət bildirərək ABŞ rəhbərliyini seçim etməyə çağırıb: `Biz sizə necə etibar edə bilərik? Sizin Kobanidəki müttəfiqiniz bizik, yoxsa terrorçulardır?`.

Ərdoğan bildirib ki, Vaşinqton Türkiyə ilə kürdlər arasında seçim etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti