İran Ermənistana qaz ixracını 5 dəfə artırır

İran Ermənistana qaz ixracını 5 dəfə artırır
  07 Fevral 2016    Oxunub:1592
İran üçüncü elektrik ötürücü xəttin inşası çərçivəsində Ermənistana qaz ixracı imkanlarını 5 dəfə artırmağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə İranın Qaz İxracı üzrə Milli Şirkətinin direktoru Əlirza Kamili bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan arasında birgə saziş əsasında qaz tədarükünün gündə 5 milyon kubmetrə qədər artırılması imkanları mövcuddur.

Şirkət direktorunun fikrincə, yeni elektrik ötürücü xəttlərin tikilməsi İran qazının Ermənistana ixracında əsas amillərdən biri ola bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti