5 idmançı qar uçqununda ölüb

5 idmançı qar uçqununda ölüb
  07 Fevral 2016    Oxunub:1537
Avstriyanın Tirol əyalətində dağ turlarında iştirak edən turist qrupu qar uçqununa düşüb.
Çexiyalı turistlərdən ibarət 17 nəfərlik heyət Vattener Litsum bölgəsində qar kütləsi altında qalıb. Xilasedicilər hadisə yerinə tez yetişsələr də, xizəkçilərdən beşinin həyatını xilas etmək mümkün olmayıb. Çexiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

Son həftələrdə yağan qardan sonra havaların isti keçməsi nəticəsində Tirol əyalətində uçqun təhlükəsi beş ballıq şkala üzrə üçüncü pilləyə qaldırılıb. Fevralın 6-da Tirol əyalətində dağdan aşağı sürüşən qar kütlələrinin yaratdığı uçqunların sayı doqquza çatıb.

Hər il Alp dağlarında hava şəraiti haqqında xəbərdarlığı nəzərə almayan çoxlu sayda ekstremal idmançı həlak olur.


Teqlər:





Xəbər lenti